Razılaşma ilə təhvil
Sifariş hazır olan kimi zəng edirik və sizə rahat olan yolla təhvil veririk: taksi ilə və ya metro stansiyasında.
Bakıda 3D printerdə çap olunur
Dekor, ofis və hədiyyə məhsulları qat-qat, diqqətlə çap olunur. Sifariş edin, qapınıza qədər gətirək.
01 — Kataloq
02 — Brelok studiyası Yeni
Yazını yaz, şrifti və rəngləri seç, 3D-də fırladıb bax. Təsdiqlədiyin dizayn birbaşa printerimizə hazır fayl kimi bizə gəlir.
03 — Foto panel Yeni
Şəkil nazik, ağ bir panelə çap olunur. Adi halda sadə ağ panel görünür; pəncərəyə, lampaya və ya telefon fənərinə tutanda isə şəkil ortaya çıxır. Ad günü, ildönümü, ailə üçün yadda qalan hədiyyədir. Lampa daxil deyil.
04 — Necə işləyir
Məhsulu səbətə atın, ünvanınızı yazın. Instagram-da yazışmağa ehtiyac yoxdur.
Sifarişiniz printerə göndərilir, qat-qat çap olunur və əl ilə yoxlanılır.
Hazır olan kimi sizinlə əlaqə saxlayıb təhvili razılaşırıq.
05 — Fərdi sifariş
Faylınızı (STL, OBJ, 3MF) və ya sadəcə şəkil yükləyin, nə istədiyinizi yazın. Baxıb qiyməti və müddəti sizə bildirəcəyik.
06 — Çatdırılma
Sifariş hazır olan kimi zəng edirik və sizə rahat olan yolla təhvil veririk: taksi ilə və ya metro stansiyasında.
Məhsulu qablaşdırıb Azərpoçt ilə göndəririk. Bağlamanı ən yaxın poçt şöbəsindən götürürsünüz.
Sifarişiniz bizə WhatsApp-da çek kimi gəlir. Məbləği və kart nömrəmizi yazırıq, köçürmədən sonra çapa başlayırıq.
Sifariş nömrəniz:
WhatsApp-da açılan çeki göndərməyi unutmayın. Məbləği və kart nömrəmizi sizə WhatsApp-da yazacağıq.
Telefonda “Masada göstər” düyməsinə bas, kameranı masaya tut: brelok real ölçüsündə görünəcək.
Kompüterdəsinizsə, AR üçün bu səhifəni telefonda açın.